QİÇS xəstəliyi (AIDS) - 0 views
-
azerbaijanboy on 12 Nov 10QIÇS xəstəliyinə yoluxma əsasən 3 yolla baş verir: 1. Cinsi əlaqə yolu ilə 2. Damardaxili inyeksiyalar yolu ilə-narkomanlar tərəfindən narkotik maddələrin damardaxili qəbulu zamanı; içərisində virus olan qanın və ya qan preparatlarının sağlam adama köçürülməsi zamanı; virusla infeksiyalaşmış iynə ilə sağlam adama damardaxili inyeksiyalar zamanı və s. 3.Transplasentar yolla-xəstəliyin xəstə anadan bətndaxili dövrdə cift vasitəsilə dölə keçməsi (xəstə anadan uşağa bu xəstəlik laktasiya yolu ilə də keçir). QIÇS-dən qorunmağın yeganə yolu sağlam həyat tərzi keçirmək və təsadüfi adamlarla münasibətdə ehtiyatlı olmaqdır. Hələ 20 il əvvəl QIÇS xəstəliyinə çox uzaqda olan bir təhlükə kimi baxılmışdır. Amma bugünkü reallıq başqadır. Ən başlıcası profilaktikadır və bu, daha çox insanların özündən asılıdır.