Skip to main content

Home/ Groups/ kayzen
azerbaijanboy

QİÇS xəstəliyi (AIDS) - 0 views

  •  
    QIÇS xəstəliyinə yoluxma əsasən 3 yolla baş verir: 1. Cinsi əlaqə yolu ilə 2. Damardaxili inyeksiyalar yolu ilə-narkomanlar tərəfindən narkotik maddələrin damardaxili qəbulu zamanı; içərisində virus olan qanın və ya qan preparatlarının sağlam adama köçürülməsi zamanı; virusla infeksiyalaşmış iynə ilə sağlam adama damardaxili inyeksiyalar zamanı və s. 3.Transplasentar yolla-xəstəliyin xəstə anadan bətndaxili dövrdə cift vasitəsilə dölə keçməsi (xəstə anadan uşağa bu xəstəlik laktasiya yolu ilə də keçir). QIÇS-dən qorunmağın yeganə yolu sağlam həyat tərzi keçirmək və təsadüfi adamlarla münasibətdə ehtiyatlı olmaqdır. Hələ 20 il əvvəl QIÇS xəstəliyinə çox uzaqda olan bir təhlükə kimi baxılmışdır. Amma bugünkü reallıq başqadır. Ən başlıcası profilaktikadır və bu, daha çox insanların özündən asılıdır.
tural_kerimov

Ürək və qan damarları - 0 views

  •  
    Ürək-əzələdən təşkil olunmuş, içi boş orqandır. Ürəyin daxili hissəsi 2 qulaqcığa və 2 mədəciyə ayrılır. Qan qulaqcıqdan mədəciyə xüsusi axar vasitəsilə tökülür. Qulaqcıqlarla mədəciklər arasında taylı qapaqlar vardır ki, bu da mədəciyə tökülən qanın qulaqcığa geri qayıtmasına mane olur. Ürəyin sol hissəsində 2 ədəd, sağ hissəsində 3 ədəd qapaq olur. Ürəyin sol mədəciyindən çıxan aorta və sağ mədəciyindən çıxan ağ ciyər arteriyası arasında isə aypara qapaqları olur. Aypara qapaqları mədəciklərdən çıxan qanın geri axmasının qarşısını alır. Ürək qapaqcıqları qanın qulaqcıqdan mədəciyə, mədəcikdən isə aorta və arteriyaya birtərəfli axmasını təmin edir. Ürəyin yuxarı genişlənmiş hissəsi əsası, nisbətən daralmış aşağı hissəsi isə təpəsi adlanır. İnsan ürəyinin kütləsi təqribən 250-360q arasında dəyişir.
azerbaijanboy

Üzeyir Hacıbəyov - 0 views

  •  
    Azərbaycan professinal musiqinin banisi Ü. Hacıbəyov görkəmli bəstəkar, musiqiçi, ictimai xadim alim, gözəl publisist və pedaqoq olaraq Azərbaycan professional bəstəkarlıq məktəbinin yaranmasında da böyük rol oynamışdır. Musiqi üslubunun özünə məxsusluluğu, xaqlılıq, yüksək ideyalılıq və millilik. Ü.Hacıbəyov yaradıcılığının diqqəti cəlb edən xüsusiyyətlərindəndir.
azerbaijanboy

Seks lüğəti - 0 views

  •  
    Aseksual Seksə qarşı maraqsız və ya istəksiz olan. İmpotent, Cinsi zəifliyi olan adam,seksə qarşı marağı olmayan adam Aybaşı Hamilə olmayan qadınlarda, yetkinlik çağından klimaksa qədər ayda bir dəfə vaginadan gələn qan. Bəkarət (bakirəlik) Bakir və ya bakirə olma vəziyyəti. Cinsi əlaqədə olmamış kişiyə bakir, cinsi əlaqədə olmamış qadına isə bakirə deyilir. İslam və Şərq ölkələrində bakirəliyə xüsusi fikir verilir. Bestiality Bir insanın bir heyvanla cinsi əlaqədə olması,zoofiliya,heyvanlarla seks, heyvanlarla cinsi yaxınlıq,
azerbaijanboy

3. Azərbaycanın qədim dövr tarixi-siyasi coğrafiyası - 0 views

  •  
    Azərbaycanın cənubunda və şimalında sinifli cəmiyyətin bərqərar olması müxtəlif tarixi dövrlərə təsadüf edir və cənubda dövlət qurumu daha əvvəllər təşəkkül tapmışdır. Bu həmin ərazinin İkiçayarası əraziyə yaxın olması və buradakı dövlətlərlə əlaqəsi ilə izah olunur. Manna dövləti Azərbaycanın cənub ərazisində meydana gəlmiş ilk dövlət qurumudur.
azerbaijanboy

Rezyume (CV) hazırlamaq - 0 views

  •  
    Rezyumenizi keyfiyyətli, məktub ölçülü kağızda çap etməyiniz çox vacibdir. Çalışın ki, rezyumeniz, müraciət məktubunuz və zərfiniz eyni rəngli kağızdan olsunlar. Vərəqin kənarlarında kifayət qədər boş haşiyə saxlayın və fikir verin ki, etdiyiniz düzəlişlər gözəçarpan olmasın. Kursivlə çap etməkdən çəkinin, çünki bu yazının oxunuşunu çətinləşdirir. Əgər kompyuter və ya printerinizin keyfiyyətindən əmin deyilsinizsə, rezyumenizin çapını peşəkarlara həvalə edə bilərsiniz. Rezyumenizin surətini çıxarmaq üçün ofset printer və surətçıxaran maşından istifadə edin.
azerbaijanboy

Kişini qadına bağlamağın yolları (kişini ailədə saxlamaq) - 0 views

  •  
    6. Ara-sıra evdəki əşyaları birlikdə yerlərini dəyişdirin. Oturduğunuz otağa, salona və hətta yataq otağınıza arada bir fərqlilik və müxtəlif dizayn verin. Evdə onu məşğul edin 7. Evdə tək qalarkən canınızın sıxıldığını, darıxdığınızı, qorxduğunuzu deyin. Birlikdə olarkən xoşbəxt və hüzurlu olduğunuzu söyləyin. 8. Arada bir qonşu, qohum, dostlarınıza qonaq gedin, yaxınlarınızla bir arada olamağa vaxt ayırın. Xüsusilə həyat yoldaşınızın ailəsinə, qardaş-bacısı kimi yaxınlarına qapınızı açıq edin. Onları dəvət etməyi təklif edin.
kintana kinus

Stalin Cuqaşvili haqqinda - 0 views

  •  
    Rusiya üçün böyük xoşbəxtlikdir ki, ağır sınaq illərində ona yenilməz sərkərdə, dahi Stalin başçılıq etmişdir. Stalin - bizim qəddar zəmanənin, onun bütün həyatının keçdiyi dövründə enerjiyə, biliyə, dəmir iradəyə malik sərt, kəskin, amansız bir şəxs idi və İngiltərə parlamentində tərbiyə almış mən onunla rəqabətdə heç nə edə bilmirdim.»
azerbaijanboy

seks haqqında - 0 views

  •  
    seks haqqında maraqlı faktlar,seks və cinsəl mövzular
tural_kerimov

Cənubi Amerika - 0 views

  •  
    Sahəsi 18 mln km2 olub dünyanın böyüklüyünə görə 4-cü materikidir. O, şimaldan Panama kanalı vasitəsi ilə Şm.Amerikadan, şərqdə Atlantik okeanı, qərbdə Sakit okean, cənubda Dreyk boğazı vastəsi ilə Antarktidadan ayrılır. Amerika bütövlükdə qərb, qismən şimal, qalan hissəsi isə cənub yarımkürəsində yerləşib.
tural_kerimov

Ervin Rommel (1891-1944) - 0 views

  •  
    Ervin Rommel Almaniyanın Ulma yaxınlığındakı Hendenheym şəhərində müəllim ailəsində anadan olmuş, 1910-cu ildə 124-cü piyada diviziyasına kadet kimi daxil olmuşdur. Sonra hərbi məktəbi bitirib leytenant rütbəsində qulluğa başlamışdır. 24-25 yaşında ikən Birinci Dünya müharibəsində göstərdiyi hünərə görə bu kiçik zabit I dərəcəli dəmir xaç ordeni ilə təltif olunmuş, iki yüz nəfərlik bir dəstə ilə italyan şəhərlərindən birinə hücum edib, doqquz min düşmən əsgərini əsir almışdı.
tural_kerimov

Xiyaxiro Toqo-yapon admiralı - 0 views

  •  
    Yapon admiralı Toqo(1848 - 1934) hərbçi ailəsində anadan olmuşdu. O, dənizçiliyi sevib 1871-ci ildə yapon imperator donanmasında qulluğa girmiş, sonra İngiltərə donanmasında təcrübə keçmişdi. Burada riyaziyyatla, gəmiqayırma ilə yaxından tanış olmuşdu. Toqo (Tōgō Heihachirō) Vətəninə qayıdıb uzun illər müxtəlif gəmilərdə xidmət edərək dəniz döyüşlərində qələbə çalmağın bütün incəliklərini öyrənmişdi.
tural_kerimov

Yer üzərində həyatın əmələ gəlməsi və təkamül - 0 views

  •  
    Yerin formalaşması - Elmi tədqiqatlara görə Günəş sistemi əvvəllər sərbəst atomlar şəklində qaz dumanlarından ibarət olmuşdur. Atomların dumanlıqların mərkəzinə toplanması nəticəsində Günəş, mərkəzdən ayrılan sıx topalardan isə planetlə, onların peykləri formalaşmışdır. Məlumatlara görə yerin yaşı 4.5 milyard ilə çatır. Yeri əmələ gətirən qaz buludları fırlandıqca ağır metallar, xüsusən də dəmir atomları onun mərkəzinə toplanmışdır.
cinqacquk x

Attila - 0 views

  •  
    445-ci ildə tarix meydanında İsgəndər və Sezardan sonra üçüncü bir düha - türk oğlu Attila zühur etdi. Əslində Avropa tarixinin yeni erası bu dövrdən başlamalıdır. Attila zamanında vestqotlar düşmən cəbhəsində, osqotlar isə hunlarla müttəfiq idilər. Daha doğrusu, ilk məğlubiyyətdən sonra özləri qırmızı qurd təsvirli Hun bayrağı altında döyüşməyi intixab etmişdilər. Ostqotlardan başqa Şərqi və Mərkəzi Avropanın onlarla qəbiləsi və xalqın ən fəal, döyüşkən hissələri Attilanın xidmətində idi.
tural_kerimov

Yağlı dəri - 0 views

  •  
    Yağlı dəri öz sahiblərinə həmişə əziyyət verib, əsəb bağışlayıb. Bu, təbiidir: daim yağlı, parıltılı, genişlənmiş məsamələr, qara və qırmızı civizələr istənilən insanın həyatını dözülməz edə bilər. Lakin insanlar artıq çoxdandır təbiətin qanunlarına tabe olmurlar. Bəşər övladı illərdən bəri davam edən təbiətlə mübarizədə problemləri aradan qaldırmaq üçün bir çox üsullar icad edib. İndi yağlı dəriyə malik olanlar da gözəl və təravətli görünə bilərlər. Ancaq bu təbii qüsura qarşı həqiqi mübarizə aparmaq lazımdır.
cinqacquk x

Şəxsi mağazanı necə acmaq olar? - 0 views

  •  
    1. Mağazanın ideyasının seçilməsi. Ən vacib sual budur. Sizin satmağa hazırlaşdığınız şey bazara lazımdırmı? Seçilmiş sahədə mövcud rəqiblər necədir? Böyük, orta və ya kiçik mağaza? Fikirləşin, ticarətin təşkili forması necə olacaqdır - piştaxta, özünəxidmət və ya qarışıq? Bir mağaza, yoxsa şəbəkə? 2.Potensial alıcıların müəyyən edilməsi.
cinqacquk x

Volfqanq Amadey Motsart - 0 views

  •  
    Motsart (1756 - 1791) dünya mədəniyyətinin ən böyük dühalarındandır. Həyatın sevincli və kədərli anlarını, şən gülüş və ağır faciə obrazlarını eyni təsir gücü ilə canlandıran Motsart musiqisi iki yüz ildən artıqdır ki, insanları heyran edir. Hələ üç yaşında ikən balaca Volfqanq klavesində və skripkada çalır, hətta ilk musiqi əsəri bəstələyirmiş. İstedadının belə erkən yaşından üzə çıxması baxımından dünya musiqisində Motsartın tayı-bərabəri yoxdur
cinqacquk x

Frederik Şopen - 0 views

  •  
    aleyin acı hökmü ilə Friderik Şopen elə 21 yaşında vətənindən əbədi ayrılır, lakin bütün ömrü boyu doğma Polşasının sevinc və ağrıları ilə yaşayır, elə yaradıcılığında da bu hissləri ifadə edir. O, doğma diyarının musiqisini yeni, daha yüksək mərhələyə qaldırır, onun ümumavropa musiqi mədəniyyətinin layiqli, dəyərli bir hissəsinə çevrilməsi üçün çox iş görür. Elə buna görə də Şopen polyak musiqisinin klassiki hesab olunur.
  •  
    Taleyin acı hökmü ilə Friderik Şopen (1810 - 1849) elə 21 yaşında vətənindən əbədi ayrılır, lakin bütün ömrü boyu doğma Polşasının sevinc və ağrıları ilə yaşayır, elə yaradıcılığında da bu hissləri ifadə edir. O, doğma diyarının musiqisini yeni, daha yüksək mərhələyə qaldırır, onun ümumavropa musiqi mədəniyyətinin layiqli, dəyərli bir hissəsinə çevrilməsi üçün çox iş görür.
tural_kerimov

Gi de Mopassan-Kəndə səfər - 0 views

  •  
    Ən sentimental fransız yazıçısı Gi de Mopassanın Kəndə Səfər yazısı ən romantik,ən təsirli povestlərdəndir.İnsan taleyi,insan psixologiyası haqqında çox gözəl bu əsəri oxumaqla heç nə itirməyəcəksiniz.10 dəqiqə sərf etsəniz də,çox güclü ətəssürat alacaqsınız.
tural_kerimov

Hokinq Steven - 0 views

  •  
    Steven Hokinq (Stephen William Hawking)1942-ci ildə, Qalileo Qalileyin ölümünün 300 illiyi günündə doğulub. 1959-cu ildə Oksford Universitetinə daxil olub, kosmologiyanı öyrənmək üçün 1962-ci ildə Kembric Universitetinə keçib. Erkən yaşlarında həkimlər ona dəhşətli diaqnoz qoymuşlar - amiotrofik yan sklerozu.
1 - 20 of 223 Next › Last »
Showing 20 items per page